Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni aya geriləyərək başlayıb.

Məzənnədə ötən həftə ABŞ istiqraz faizlərinin açıqlanmasından sonra müşahidə edilən yüksəliş dinamikası birjalarda tarazlıq yaranması fonunda dayanaraq yeni aya geriləmə ilə başlayıb.

Qeyd edək ki, Türk Lirəsi ötən həftə dollara qarşı 2018-ci ildən sonrakı ən böyük həftəlik dəyər itkisinə imza atmışdı.

Bu gün birjalarda Dollar/TL 7.40 səviyyəsindən aşağı icra olunur.

Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7.4299 səviyyəsində başa vurmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram