Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.
Qlobal birjalarda bir çox inkişaf etməkdə olan ölkə valyutaları dollara qarşı stabilliyini saxlayarkən Türk Lirəsi də yeni günə stabil başlayıb.
Çərşənbə günü 7.05 səviyyəsinə yüksələn məzənnə yeni günün ilk saatlarında 6.97 səviyyəsində icra edilir.
Qeyd edək ki, Türkiyədə daxili birjaların diqqəti Mərkəzi bankın bu gün baş tutacaq iclasına yönəlib.
Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7.4299 səviyyəsində başa vurmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!