Rusiyada dolların məzənnəsi kəskin aşağı düşüb. Moskva birjasında 2014-cü ilin noyabr ayından bu yana ilk dəfə olaraq 50 rubla qədər düşüb. Avro isə 1,1 rubl ucuzlaşaraq 53,07 rubl olub.
Qeyd edək ki, aprelin ilk on günlüyündə avro Rusiya valyutasına nisbətdə 1,37 rubl ucuzlaşmışdı və 53,84 rubla bərabər olmuşdu. Dolların məzənnəsi isə 1,04 rubl ucuzlaşaraq 50,82 rubla bərabər idi.
Türkiyədə dollar kəskin bahalaşaraq daha bir rekord vurub. Mərkəzin Bankın asçıqlamasında bildirlir ki, 1 ABŞ dolları 2,7306 lirə təşkil edib. Türkiyədə dolların daha da bahalaşacağı bildirilir.
Qeyd edək ki, ABŞ-ın iyun ayında faizləri artırmaq istəyi dolların dəyərinin artımına gətirib çıxarır. Bundan əvvəl 1 dollar 2.6707 lirəlik rekord səviyyəyə yüksəlmişdi. Dünya birjalarında bahalaşan dollar 13 mart tarixindən bu yana (2.6488 lirə) ən yüksək göstəriciyə çatmışdı.