Dollar Mərkəzi Bankın “təzyiqinə” davam gətirə bilməyəcək | Banco.az

Dollar Mərkəzi Bankın “təzyiqinə” davam gətirə bilməyəcək

Son 2 həftədə avroya nisbətən 5 faizə yaxın, yalnız bu gün isə 1 faizdən çox bahalaşan ABŞ dolları Azərbaycan Mərkəzi Bankının “təzyiqinə” davam gətirə bilməyərək son günlər manata nisbətən ucuzlaşmaqdadır. Bunu açıqlamasında ekspert Vüqar Bayramov qeyd edib.

Əgər may ayının əvvəlində 100 avro almaq üçün 116 dollara yaxın vəsait ödəmək lazım idisə, indi hətta 112 dollardan az pul tələb olunur. 

Çox maraqlı mənzərədir: dünya bazarında dollar bahalaşanda bizdə ucuzlaşır və əksinə ABŞ valyutası qlobal arenada dəyər itirəndə Azərbaycanda güclənir. Hətta neftin dünya bazar qiymətindəki azalmalar da manata təsir göstərə bilməyib. Maraqlıdır ki, FED-in açıqlamasından sonra bu gün ABŞ dolları bütün aparıcı valyutalara nisbətən dəyər qazandı və sadəcə Bakıda “axsadı”. 

Ən sərfəli kredit üçün müraciət et

Baş bankın dünya bazarı və hətta özünün bivalyuta səbətindəki valyutaların məzənnəsinə uyğunlaşdırılmayan və koordinasiya edilməyən monetar siyasəti milli valyutamızın gələcək məzənnəsi üçün risklər yaradır. Mərkəzi bank dolların “acığına” deyil, pul bazarındakı mövcud və strateji dəyişikliklərə uyğun məzənnə müəyyənləşdirməlidir. Əks halda, Mərkəzi Bankın sürprizləri ilə tez-tez rastlaşmalı olacayıq.