Dollar kreditləri üzrə kompensasiya düşən vətəndaşların 72%-i pulunu alıb | Banco.az

Dollar kreditləri üzrə kompensasiya düşən vətəndaşların 72%-i pulunu alıb

Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq, vaxtilə ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya almalı olan vətəndaşların 71,8%-nə ödəniş edilib.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, ümumilikdə 602 347 nəfərə kompensasiya ödənilməlidir. Bunlardan isə 432 677 nəfəri ödənişin həyata keçirildiyi son 15 gün ərzində pulunu alıb. Artıq fərmanın restruktizasiya ilə bağlı hissəsinin icrasına başlanılıb. 

Report.az