Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) faiz artırmaq üçün baxdığı mühüm bir göstərici - kənd təsərrüfatı xaric məşğulluq məlumatı açıqlanacaq.
Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq mart ayı məşğulluq göstəricisinin 180 min olacağı gözlənilir. Yanvarda qeyri-kənd təsərrüfatında məşğulluq 235 min artmışdı.
Eyni zamanda, məlumatda mart ayında ABŞ-da işsizlik nisbətinin 4,7%-də qalacağı, orta saatlıq maaşların 0,2% artacağı gözlənir. Fevralda ABŞ-da işsizlik 4,7% olmuş, orta saatlıq maaşların artımı isə 0,2% təşkil etmişdi.
Əgər açıqlanacaq faktlar proqnozlardan yüksək çıxarsa, dolların bahalaşacağı və FED-in daha çox faiz artıracağı ehtimalının güclənəcəyi gözlənilir.
Mənbə: Marja.az