Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Banco.az AMB-ə istinadən xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7020 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,7021 manat olub.