Dollar ağlasığmaz həddə çatıb | Banco.az

Dollar ağlasığmaz həddə çatıb

Dolların indeksi bugündən etibarən 1% artıb. O digər valyutaları bu artımla geridə qoymaq niyyətindədir. 

Dollar ən vacib rəqibləri olan avro və funtsterliqlə müqayisədə daha çox bahalaşıb. Lakin, bu dəfə o, Yapon yenini xeyli üstələyib. O, yenlə müqayisədə 1% bahadır. Yəni hazırda 1 dollar 122.75 yenə bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Bəzi bazar izləyiciləri bu artımı ABŞ Federal Ehtiyatlar Bürosunun sədri Janet Yellenin cümə günü çıxışında dediyi müsbət rəylərlə əlaqələndirilər. O, qeyd edib ki, "Əgər ABŞ iqtisadiyyatı inkşaf etməyə davam etsə, onda cari ilin yaxın aylarında faiz dərəcələrinin artması gözlənilir." 

Məhz bu amil, insanları faizlər artmadan dollar almağa sövq edib. Bunun səbəbi isə belə halda onların yekunları yüksələ bilməsi ilə əlaqədardır.