Doğum sayının azalması bu ölkənin iqtisadiyyatını tənəzzülə aparır | Banco.az

Doğum sayının azalması bu ölkənin iqtisadiyyatını tənəzzülə aparır

Tamara Mustafayeva, Banco.az

İngiltərə ölkəni iqtisadi tənəzzülə aparacaq "körpə qıtlığı" ilə qarşı-qarşıyadır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, qadın başına düşən körpə sayı ötən il 1,58-ə geriləyib ki, ölkə əhalisinin sayını stabil saxlamaq üçün zəruri göstərici 2,1-dir. Hətta Şotlandiyada bu rəqəm hazırda 1,29-a enib.

Sosial Bazar Fondu (SMF) tərəfindən həyata keçirilən araşdırmanın nəticələrinə görə, İngiltərə və Uelsdəki doğum nisbəti 1964-cü ildəki qadın başına düşən ortalama körpə sayının 2,93 olduğu maksimuma çatıb.

Bu vəziyyətin gələcəkdə yetkinlik yaşına çatmış əmək qabiliyyətli fərd çatışmazlığına səbəb olacağı vurğulanan hesabatda, "Hazırda hər 10 işçidən təqribən 3-ü 65 yaşdan yuxarıdır. Ancaq növbəti 10 il ərzində bu göstərici 3,5-ə, 2060-cı illərdə is 4-ə yüksələcək", deyə xəbərdarlıq edilib.

Qeyd edək ki, SMF tərəfindən hazırlanan bu hesabatda "körpə qıtlığı"nın uzun vədəli iqtisadi tənəzzülə səbəb ola biləcəyi üçün bu vəziyyətdə doğum sayının artmasına təşviq məqsədilə Fransa kimi bəzi ölkələrdə yenicə valideyn olan cütlüklərə xüsusi ödənişlər edildiyi nümunə gətirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram