Dmitri ​Roqozin: "Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi tarixi rekord həddə çatıb" | Banco.az

Dmitri ​Roqozin: "Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi tarixi rekord həddə çatıb"

"Rusiya və Azərbaycan ticarət sahəsində rekord müəyyən edib".

Banco.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan Respublikası və Rusiya Federasiyası iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında bildirib.

"Keçən il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 12% artıb və tarixdə ən yüksək həddə - 4 milyard ABŞ dolları həcminə çatıb", - o qeyd edib.

Hökumət başçısı müavininin sözlərinə görə, ölkələrimiz arasındakı ticarət dinamikası MDB ölkələri arasında ən yüksək göstəricilərə malik olub. Eyni zamanda, Roqozin 2009-cu ildən bu yana, Rusiya və Azərbaycan arasındakı qarşılıqlı ticarət dövriyyəsi həcminin iki dəfədən çox artdığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya iqtisadi inkişaf nazirinin birinci müavini Aleksey Lixaçov da rekord faktını təsdiqləyərək bu göstəricininRusiyanın MDB ölkələri ilə qarşılıqlı ticarətində ən yüksək rəqəmlər olduğunu deyib. Nazir müavininin sözlərinə görə, Azərbaycanda Rusiyadan olan 600-ə yaxın müəssisə və şirkət fəaliyyət göstərir. Onlar ya 100% Rusiyaya məxsusdur, ya da birgə müəssisələr kimi işləyirlər.