Media nəhəngi "Disney" Avropa və İngiltərədə daha çox serial və xüsusilə super qəhrəman filmləri istehsal etmək üçün təxminən 5 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki,media nəhəngi Disney-in bu addımı bu yaxınlarda böyük uğur qazanan “Deadpool & Wolverine” filmindən sonra atılıb.
İngiltərədəki Pinewood Studios-da istehsal olunan film bu həftənin əvvəlində qlobal kassa gəliri 900 milyon dollara çatıb.
Məlumata görə, 5 milyard dollarlıq investisiyanın beş il ərzində 1 milyard dollarlıq tranşa bölünməsi və "Disney"in bu investisiyaları filmlər, National Geographic və digər televiziya istehsalı, yayımlanacaq proqramlar üçün istifadə edəcəyi gözlənilir.Bu investisiyanın Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üçün nəzərdə tutulmasına baxmayaraq, daha çox Böyük Britaniya və Avropada istifadə olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!