Disney “20th Century Fox” şirkətinin adını dəyişir | Banco.az

Disney “20th Century Fox” şirkətinin adını dəyişir

“20th Century Fox” şirkətinin mülklərini 73.1 milyard dollara satın aldıqdan altı ay sonra ABŞ-ın kinonəhəngi “The Walt Disney Company” şirkətin adındakı “Fox” sözünü çıxarır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, 85 yaşlı “20th Century Fox” kinostudiyası “20th Century Studios”, onun törəmə şirkəti olan “Fox Searchlight Pictures” isə “Searchlight Pictures” adlanacaq.

Xatırladaq ki, “20th Century Fox” adını 1935 –ci ildə “Fox Film Corporation” və “Twentieth Century Pictures” şirkətlərinin birləşməsindən almışdı.

Ən sərfəli kredit üçün müraciət et

Çox uzun illərdir ki, bir çox nüfuzlu filmin hazırlanmasını həyata keçirən “20th Century Fox” şirkətinin yeni adına öyrəşmək isə heç də asan olmayacaq.

Həmçinin oxu: Böhranı fürsətə çevirən 3 şirkətin QEYRİ-ADİ uğuru

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et