Diqqətiniz tez-tez dağılır? Daha yaxşı fokuslanmaq üçün 10 məsləhət | Banco.az

Diqqətiniz tez-tez dağılır? Daha yaxşı fokuslanmaq üçün 10 məsləhət

Fokuslanma bacarığı sadə bir bacarıq deyil, uğur qazanmaq üçün son dərəcə lazımlı bir bacarıqdır. Dərs oxuyarkən, ofisdə işlərinizi həll edərkən, kitab oxuyarkən tez-tez diqqəti dağıdan təsirlərlə əhatələnirik. Ətrafımızda diqqətimizi dağıdan şeylər hər zaman olacaq, dolayısı ilə onların öhdəsindən gəlməyi öyrənməyimiz lazımdır.

Bunu bacarmağımıza köməklik edən 10 məsləhəti təqdim edirik:

1) Daxili təsirləri nəzərə alın və özünüzü tanıdığınıza əmin olun.

Xarici təsirlər kimi daxili təsirlər də diqqəti dağıda bilər. Fokuslanma problemi yaşadığınızda ilk etməli olduğunuz şey özünüzə nələrin baş verdiyini soruşmaq olmalıdır. Narahatlığınızın səbəbi nədir? Nəyə ehtiyacınız var?

2) Başınızı qarışdıran şeyləri tapın.

Daxili təsirləri tapandan sonra xarici təsirlərə keçə bilərik. Diqqətinizi dağıdan nədir? İşlədiyiniz yerdəki əşyalardan tutmuş işlədiyiniz insanlara qədər bir çox şeydən təsirlənə bilərsiniz. Fokuslanmama səbəbini tapdığınızda işləri yoluna qoymağınız asanlaşacaq.

3) Planlaşdırmaq üçün vaxt ayırmaqdan qaçmayın.

Uğurlu liderlərin çoxusu böyük və ya kiçik işləri üçün siyahı hazırlayarlar. Etməli olduğunuz bir işiniz olduğunda işi nə formada başa çatdıra biləcəyinizi düşünmək üçün özünüzə bir az vaxt ayırın. İşin əvvəlindən axıra qədər bütün addımları bir yerə qeyd edin. Plan hazırlamaq üçün sərf etdiyiniz hər 10 dəqiqə icra müddətini 1 saata qədər azalda bilər.

4) Elektron cihazlardan uzaqlaşın.

Mobil telefonlar, sosial media, e-mail … Diqqətinizi ən çox dağıdan şeylər elektron cihazlardan qaynaqlanır. Əgər həqiqətən fokuslanmaq istəyirsinizsə, işiniz qurtarana qədər telefonunuzu əlinizə almayın.

5) Yorulduğunuz anlarda fasilə verin.

Bir işi uğurla bitirməyin sirrlərindən biri də nə vaxt fasilə verəcəyinizi bilməkdir. Dağılmış hiss etdiyinizdə qısa bir fasilə verin və yenidən fokuslanın. Fasilə vermək sadəcə bir hədiyyə deyild, eyni zamanda beyninizin yenilənməsinə köməklik edir.

Ən sərfəli kredit üçün müraciət et

6) Özünüzə qapılın.

Hər şeyə fikir verməməyin ən yaxşı yolu musiqi dinləməkdir. Ətrafınızdakı hər şey diqqət dağıdıcı olduğunda özünüzə bir musiqi tapın. Bu, həm fokuslanmağınıza köməklik edəcək, həm də nauşnikləriniz (qulaqcıqlar) sayəsində ətrafınızdakılara söhbət etmək üçün uyğun olmadığınız siqnalını verəcəkdir.

7) Böyük proyektləri parçalara ayırın.

Diqqətiniz həqiqətən çox dağılırsa, böyük proyektlərinizi kiçik parçalara ayırın. Kiçik tapşırıqlar fokuslanmağınızı asanlaşdırdığı kimi tamamlandıqca sizə uğur və tamamlama hissi verəcəkdir.

8) Təmiz və normal bir mühitdə işləyin.

İş stolunuz hazırda nə vəziyyətdədir? Kirli, səliqəsiz ya da dağınıqdırsa, ətrafı təmizləmək üçün bir balaca vaxt ayırın. Beləcə daha rahat şəkildə fokuslana bilərsiniz.

9) Vaxt məhdudiyyəti qoyun.

Fokuslanmağınıza lazım olan bir vaxt aralığı müəyyənləşdirin, vaxt qurtardığında durun. Vaxt məhdudiyyəti olan zaman fokuslanmanın daha asan olduğunun fərqinə varacaqsınız. Məsələn, qarma-qarışıq bir şeyin üzərində işləyirsinizsə, önəmli bir hissəsini bitirməyiniz təxminən 90 dəqiqə alacaqdır. 30 dəqiqəni də beyninizi bir az rahatlaşdırmaq üçün istifadə edə bilərsiniz.

10) Çətindir, amma realdır: Tez oyanın.

Bir çoxumuza çox çətin gəlsə də əslində son dərəcə sadə və təsirlidir. Günə hər kəsdən bir saat daha əvvəl başlayın. Bu saatdan gününüzü planlaşdırmaq və diqqət dağıdan bir təsir olmadan işlərinizə başlamaq üçün istifadə edin. Bənzər şəkildə, günorta yeməyi üçün kifayət qədər vaxtınız varsa, hamısını yeməkdə sərf etməyəyə çalışın. Beyninizi yorğunluqdan xilas etmək üçün qısa bir gəzintiyə çıxın. Həqiqətən, enerji qazandığınızı görəcəksiniz.

Moneta.az