Deputat təbii qaza tətbiq edilən limitin 2 dəfə artırılmasını təklif edib | Banco.az

Deputat təbii qaza tətbiq edilən limitin 2 dəfə artırılmasını təklif edib

Milli Məclisin deputatı Fazil Mustafa təbii qaza tətbiq edilən limitin (1 700 kub) iki dəfə artırılmasını təklif edib.

O, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın. Ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır”, - deputat əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Marja