Son günlərdə əmanətlərin illik gəlirlərinə verginin tətbiqi mövzusu ən aktual məsələdir. Məsələnin, əmanətçilərini narahat etdiyini nəzərə alaraq, Banco.az nümunələr üzərində hazırladığı araşdırmanı sizə təqdim edir. Asan olsun deyə, bütün hallarda depozitin illik 10% gəlirlə yerləşdirdiyinizi fərz edəcəyik.
Nümunə 1.
Sizin 3000 manat vəsaitiniz var və Siz onu ötən ilin Aprel ayında banka, illik 10%-lə yerləşdirmisiniz. Sizin il ərzində əldə etdiyiniz gəlir 300 manat edir ki, bu da 500 AZN-dən az olduğu üçün heç bir vergi ödəmirsiniz.
Beləliklə, Siz 3000 məbləğində vəsaiti indi də banka yerləşdirsəniz, il ərzində gəlirləriniz 300 AZN-dən çox olmadığı üçün vergi ödəməyəcəksiniz. Bu halda 10 və ya da çox bankda belə kiçik məbləğdə depozit yerləşdirə bilərsiniz. 10%-lik gəlirlə yerləşdirə biləcəyiniz maksimum məbləğ isə 5000 manatdır. Faiz artdıqca bu məbləğ azalacaq.
Ekspert Samir Əliyevin də qeyd etdiyi kimi, əmanətin illik faizi azaldıqca vergiyə cəlb edilməyən əmanətin həcmi də artacaq və ya əksinə. Məsələn, illik 9%-lə 5555 manat, 8%-lə 6250 manat məbləğində güzəştli əmanət qoya biləcəklər. İllik faiz dərəcəsi 11-ə qalxdıqda isə güzəştli əmanətin məbləği 4545-ə qədər azalacaq. Ancaq burada əmanətçilərin 2 vacib nüansa diqqət yetirməsi çox vacibdir. Birincisi, göründüyü kimi, söhbət konkret olaraq bir banka yatırılmış əmanətdən gedir. Əmanətçi vergi ödəməmək üçün əmanətlərini bir neçə hissəyə bölməklə müxtəlif banklarda yerləşdirə bilər. Və ya ailə üzvlərinin adlarına keçirə bilər. Bu, ailə əmanətlərin inkişafına təsir göstərəcək.
Nümunə 2.
Fərz edək ki, Sizin bankda 6000 AZN məbləğiniz var, yenə də eyni faizlə, lakin siz onu yenə də ötən ilin Aprel ayında qoymusunuz. Sizin illik faiz gəliriniz 600 AZN edir. Lakin siz bu gəliriniz 600:12*8= 400 AZN-i ötən il, 200 AZN-i isə bu il qazanmısınız, bu isə o deməkdir ki, 200 AZN-ə görə yenə də vergi ödəmərsiniz.
Çünki yeni qanunvericilik məhz bu ildə hesablanan gəlirlərə şamil edilir.
Nümunə 3.
Fərz edək ki, ötən ilin Aprel ayında yerləşdirdiyiniz məbləğ 10 000 AZN-dir. Bir il ərzində qazandığınız dividentlərin məbləği illik 10%-lə 1000 AZN edir.
Bu halda sizin yanvara qədər qazandığınız depozitlərin həcmi 1000:12*8= 666 AZN edir. Bu il qazandığınız dividentlərin həcmi isə 1000:12*4= 334 AZN. Bu məbləğ isə 500 AZN-dən az olduğu üçün yenə də vergi ödəmərsiniz.
Nümunə 4.
Fərz edək ki, sizin yerləşdirdiyiniz məbləğin həcmi 50 000 AZN olub. Müddət isə yenə də keçən ilin aprel ayını götürək.
Bu halda sizin illik gəlirinizin həcmi artıq 5000 AZN edir.
Siz bu məbləğin 5000:12*8= 3335 AZN hissəini ötən il qazanmısınız və bu il qazandığınız məbləğ isə 1665 AZN edəcək.
Vergilər ilə il ərzində qazanılan gəlirin 500 AZN-dən çox olan hissəsinə aid edilir
Deməli sizin 1665 AZN-dən 500 AZN çıxılacaq və 1115 AZN-dən 10% vergi ödəyəcəksiniz ki, bu da 111,5 AZN edəcək.
Onu da nəzərə alın ki, depzoitin nə zaman yerləşdirilməsindən asılı olmayaraq, vergilər, 2015-ci ilin yanvarından hesablanan dividentlərə şamil ediləcək və vergilər dividentin 500 AZN-dən çox olan hissəsindən tutulacaq.
Depozitlərinizin sığortalı olması üçün, onları illik 9% və ya daha aşağı faizlə yerləşdirməyiniz tövsiyə olunur.
Banka yerləşdirilən əmanətlər ADİF (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən sığortalanır, bir şərtlə ki, yerləşdirilmiş əmanətin həcmi və ona görə hesablanmış faizlər 30 min manatı üstələməsin, həmçinin depoziti yerləşdirmə faizi illik 9%-dən yüksək olmasın.