Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Demokratik Partiyasına bəzi əsas donorlar 90 milyon dollar məbləğində ianə köçürməsini partiya prezident seçkilərində Co Baydenin yerinə yeni namizəd tapana qədər dayandırıb.
Banco.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Nəşr qeyd edir ki, bəzi sponsorlar qarşıdan gələn prezident seçkilərində demokratların konkret kimin namizəd olacağı bəlli olana qədər heç bir qərar qəbul etmək fikrində deyillər.
Jurnalistlər bildirib ki, bu, Baydenin debatdakı zəif fəaliyyətinin nəticələrinin ən konkret nümunələrindən biridir. Qeyd edilir ki, vəziyyət iyulda Baydenin seçki kampaniyası üçün vəsait toplamaqla bağlı problemlərlə mürəkkəbləşir, çünki bir çox əsas donor hazırkı prezidentin qalib gəlmək qabiliyyətinə şübhə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!