DəmirBank ASC Daxili Audit Departamentinə kiçik auditor vəzifələrinə işəqəbul elan edir.
İşin təsviri:
- Struktur bölmələrinin hərtərəfli auditinin aparılması (Bakı şəhərində və regionlarda);
- Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabatın verilməsi;
- Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
- Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsində köməklik göstərmək;
- Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsin iştirak etmək və köməklik göstərmək;
- Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
- Bankın icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi;
- Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsində köməklik göstərmək;
- Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
- Bankda korporativ idarəetmə prosesini qiymətləndirmək və təkminləşdirilməsinə dair tövsiyələrin verilməsi;
- Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
- Microsoft Office proqramlarında işləmə bacarığının (xüsusilə Excel) olması;
- Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İngilis dillərində yaxşı səviyyədə bacarığın olması;
- Əldə olunan məlumatların qorunması və saxlanılması;
- Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyətinin olması;
- Məsuliyyətlilik, müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığının olması;
- Müşahidə edilmiş nöqsanların məsul şəxslərlə müzakirə və yekunlaşdırma bacarığının olması;
- Hesabatın hazırlanması və yazılması bacarığının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 fevral 2015-ci il tarixinədə[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “kiçik auditor” yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalan müraciətlərə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs