Deflyasiyaya Keynsian yanaşması | Banco.az

Deflyasiyaya Keynsian yanaşması

Keynsin baxışlarına əsasən, büdcənin mədaxil hissəsini formalaşdıran vergilərin artırılması qısamüddətli nəticə verə bilər. Uzunmüddətli dövrdə isə bu siyasət iqtisadi inkişafın ləngiməsinə və investisiyaların azalmasına gətirib çıxarır. Yüksək vergi dərəcələri vergi bazasının daralmasına gətirib çıxara bilər. Əgər istehlakçıların inflyasiya psixologiyasını dəyişmək mümkün olsa, gəlir vergisinin dərəcəsinin aşağı salınması şəxsi əmanətlərin artmasına səbəb olacaq. O zaman əmanətlərin artımı həm də iqtisadi inkişafının maliyyələşdirilməsinə, həm də büdcə kəsirinin ödənilməsinə gedəcək.

Dövlət xərclərinin azaldılması zamanı büdcənin bu və ya digər maddəsinin kəskin azalması yolverilməzdir. Dövlət büdcəsinin tarazliğının bərpasının strateji planı lazımdır. Məsələn, zərərli müəssisələrə büdcə vəsaitinin hesabına dövlət dotasiyaları bazar təsərrüfatında əsassızdır. Tutaq ki, onlar dayandırılıb. Büdcə defisiti azalacaq, amma eyni zamanda, kütləvi müflisləşmə və işdən azad olmalar olacaq, işsizliyin artımı başlayacaq. Bir tərəfdən, əlavə sayda işsizlərin sosial təminatı ilə bağlı onların ixtisasının artırılması , işlə təmin olunmaları ilə bağlı olan dövlət xərclərini artırmaq lazım olacaq. Digər tərəfdən müəssisələrin mənfəətinin azalması və gəlir vergisinin məbləğinin azalması  səbəbindən gəlirlər mütləq azalacaq. Ola bilsin ki, sonda hökumət əks nəticə qazanacaq - kəsirin artması, inflyasiyanın sürətlənməsi.

Ən sərfəli kredit üçün müraciət et

Büdcə xərclərinin azaldılmasının əsas prinsipi bundan ibarətdir: Dövlətin o fəaliyyət növlərinin maliyyələşdirməsinin tədricən azalması, ki hansılardan öz müstəqilliyinə görə imtina etmək olar.

Əsas iqtisadi göstəricilərə təsiri baxımından deflyasiya mülayim inflyasiyadan az əlverişli amil kimi qiymətləndirilir. Deflyasiya siyasətinin nəticəsi İqtisadi artımın ləngiməsi və mümkün iqtisadi böhranın yaradılmasıdır, və bu da çox vaxt hökumətin onun istifadəsindən imtina etməyinin səbəbi olur.