Almaniyada ixracat gözlənilmədən azalıb | Banco.az

Almaniyada ixracat gözlənilmədən azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın ixracatı avqustda 0,5 faiz azalıb.

Banco.az xəbər verir ki, Almaniyada ixrac avqust ayında da azalmağa davam edərək iqtisadi fəaliyyət baxımından xəbərdarlıq siqnalı verib.

Ölkədə ixrac avqust ayında əvvəlki aya nisbətən 0,5 faiz azalıb. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar isə avqustda ixracın 0,2 faiz artacağını proqnozlaşdırırdılar. İxrac göstəriciləri arasında ABŞ-a ixracın azalması da diqqət çəkib — ölkənin ABŞ-a ixracındakı geriləmə ardıcıl beşinci aya çatıb.

Avqust ayında ölkənin idxalı da 1,3 faiz azalıb. Bunun nəticəsində ticarət profisiti 17,2 milyard avro təşkil edib. İyul ayında bu göstərici 16,3 milyard avro səviyyəsində idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram