Debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 48 faiz artıb | Banco.az

Debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 48 faiz artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1,911 mlrd. manat təşkil edib ki, bu göstərici son bir ayda 0,4 faiz artıb. Debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi ilin əvvəlindən 4,1 faiz, son bir ildə isə 35,4 faiz artıb.

Cari ilin oktyabrın 1-nə debet və kredit kartları ilə 14,141 mln. əməliyyat aparılıb. Bu göstərici son bir ay ərzində 3,4 faiz, ilin əvvəli ilə müqayisədə 21 faiz, son bir ildə isə 48 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə, oktyabrın 1-nə ölkədə 7,267 mln. ədəd ödəniş kartı olub ki, bu da illik müqayisədə 14,3 faiz çoxdur.

Apa.az