Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 56 mln. manatı ötüb | Banco.az

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 56 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-iyun aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 56 milyon 273 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 0,3% çoxdur. Ötən ilin yanvar-iyun aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 56 milyon 110 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 796 min manat və ya 36,6% azalaraq 1 milyon 382 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram