Daşınar Əmlakın Yüklülüyü Reyestri yenidən qurulub | Banco.az

Daşınar Əmlakın Yüklülüyü Reyestri yenidən qurulub

Azərbaycanda iqtisadi subyektlərin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının genişləndirilməsi məqsədilə 2018-ci ildə istifadəyə verilmiş Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) daha təkmil texnoloji platformada yenidən qurulub.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, yenilənmiş DƏYDR (https://mpcr.e-cbar.az) müasir texnoloji və təhlükəsizlik tələblərinə tam cavab verməklə yanaşı onun digər dövlət informasiya sistemləri ilə inteqrasiya edilməsi imkanları yaradılıb.

İqtisadi subyektlərin yaradılmış DƏYDR platformasından aktiv istifadəsini təşviq etmək məqsədilə xidmət haqqlarının əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilib. “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” ölkə prezidentinin 29 mart 2018-ci il tarixli fərmanına ölkə prezidentinin 4 sentyabr 2020-ci il tarixli fərmanı ilə dəyişikliklər təsdiq edilmişdir. Nəticədə, DƏYDR-də xidmət haqqları yüklülük bildirişinin daxil edilməsi üçün 10 manat, yüklülüyə dəyişiklik bildirişinin daxil edilməsi üçün 6 manat və axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün isə 6 manat məbləğindən müvafiq olaraq 2, 1 və 1 manata endirilib.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin bu istiqamətdə gördüyü işlər ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının gücləndirilməsi və yeni maliyyə alətlərindən geniş istifadəsini dəstəkləyəcək. Yaradılmış platforma kredit müraciətləri zamanı təminatla bağlı çətinliklərin aradan qaldırılması və regionlarda əhali üçün daha rahat kreditləşmə vasitələrinin yaradılması imkanlarını genişləndirəcək. Bütövlükdə, bütün bunlar ölkədə maliyyə vasitçəliyini genişləndiricək və maliyyə-bank sektorunun səmərəliliyini artıracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et