Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə YENİ CƏZALAR | Banco.az

Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə YENİ CƏZALAR

Azərbaycanda daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyn pozulmasına görə cəzalar müəyyənləşib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəlləyə əlavə edilən 440-1-ci (Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyn pozulması) maddəsinə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər isə 2 500 manat məbləğində cərimə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 1000 manat məbləğində cərimə olunurlar.

Müəyyən edilən qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslərə 1 500 manat məbləğində cərimə tətbiq edilir.

Dəyişiklik layihəsi Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et