Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın texnologiya şirkətlərindən “Alphabet”in gəlirləri 7 faiz artıb.
Banco.az xəbər verir ki, “Google”un ana şirkəti “Alphabet” də 2023-cü ilin II rübü üzrə balans hesabatını açıqlayıb.
Buna görə, “Alphabet”in ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 74,6 milyard dollara çatıb. Şirkət 2022-ci ilin ikinci rübündə 69,7 milyard dollar gəlir əldə etmişdi.
“Alphabet”in xalis mənfəəti isə sözügedən dövrdə keçən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 18,4 milyard dollara çatıb. Şirkət ötən ilin ikinci rübündə 16 milyard dollar xalis mənfəət açıqlamışdı.
Qeyd edək ki, “Alphabet”in ötən ilin aprel-iyun dövründə 1,20 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 1,44 dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!