Daha bir avtomobil şirkəti loqosunu yenilədi | Banco.az

Daha bir avtomobil şirkəti loqosunu yenilədi

Tamara Mustafayeva, Banco.az

Son dövrlərdə markalar müxtəlif səbəblərdən loqolarını yeniləyir və daha minimal dizayna üstünlük verirlər. İlin əvvəlində Cənubi Koreyanın transmilli avtomobil istehsalçısı "Kia Motors"un loqo və şüarını dəyişdiyini xəbər vermişdik. İndi isə növbəti addım "Volvo" şirkəti tərəfindən atılıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İsveç avtomobil istehsalçısı "Volvo" yeni loqosunu ictimaiyyətə təqdim edib. Loqoda yenilənən yazı tərzi ilə incə və zərif görünüş əldə edilərkən markanın adını əhatə edən dairə və ox işarəsində də dəyişiklik nəzərə çarpır. 

Qeyd edək ki, şirkət yeni loqoya sahib avtomobillərin 2023-cü ildə bazara çıxarılacağını açıqlayıb. Sözügedən loqoya keçidin mərhələli olaraq həyata keçiriləcəyini bildirən "Volvo" hazırda rəsmi internet saytında, sosial media hesablarında və mobil tətbiqində yeni loqodan istifadə edir. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Hansı səbəbdən markalar loqolarını yeniləyirlər?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et