Bu avtomobil şirkəti loqo və şüarını dəyişir | Banco.az

Bu avtomobil şirkəti loqo və şüarını dəyişir

Tamara Mustafayeva, Banco.az

Cənubi Koreyanın transmilli avtomobil istehsalçısı "Kia Motors" elektromobil istehsal etməyə hazırlaşdığı əsnada yeni şüarla yanaşı yeni loqo üzərində də işləyir. Şirkət "Təəccübləndirəcək Güc" mənasını verən "The power to surprise" şüarını "İlhamlandıran Hərəkət" mənasını verən "Movement that inspires" ilə əvəzləməyə hazırlaşır.

Xatırladaq ki, şirkət 2019-cu ilin dekabr ayında yeni loqosu ilə yeni şüarının lisenziyalaşdırılması üçün müraciət etmişdi. Təsdiq ediləcəyi təqdirdə şirkətin şüarı yeni loqo ilə birlikdə görünəcək. İddialara görə, "Kia"nın yeni loqo və şüarı aşağıdakı kimidir:

 

Avtomobil istehsalçısı şirkət elektromobillərə istiqamətlənən "Plan Shift" (Plan S) strategiyası ilə yoluna davam etməyə hazırlaşır. Şirkət növbəti yeddi il ərzində yeddi elektromobil istehsal etməyi planlaşdırır. Şirkətin yeni qlobal rəhbərinin fikrincə, marka daha "dinamik, dəbdəbəli və yaradıcı" olmağı hədəfləyir. Yeni imicin "büdcəyə uyğun" marka təsəvvürünü isə aradan götürəcəyi ehtimal edilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: "Fiat" və "Peugeot" birləşməsi üzrə müqavilə İMZALANDI

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et