Bitcoin-in müsbət tərəfləri çox olsa da, zəhlətökücü xüsusiyyətləri də var. Bunlardan biri də “toz” adı verilən kiçik Bitcoin parçalarıdır. Bitcoin protokolu bəzən göndərmə prosesi zamanı kiçik miqdarda Bitcoin parçaları yaradır. Bu parçalar o qədər kiçikdir ki, əməliyyat haqqından belə aşağı dəyərə sahibdirlər.
Problem budur ki, onlar Blockchain üzərində eyni yükü yaradır. Çoxlu sayda zərrəcik sistem performansını azaldır.
Əvvəllər bu tozlar problem yaratmırdı. Əməliyyat haqqı bir zaman 30 dollara yüksəlmişdi. Tədqiqatçıların fikrincə, əməliyyatların qiymətini artırmadan tozlardan qurtulmaq lazımdır, əks halda, getdikcə artan tozları aradan qaldırmaq çətin olacaq.
Zərrəcik almaq
Tozlardan xilas olmaq üçün onları bir araya toplayaraq tək əməliyyata çıxış halına gətirmək lazımdır. Bunu əlimizdəki bütün pulları eyni anda xərcləmək və ya banka qoymaq kimi düşünə bilərik. Ancaq bu durum elektron pulqabının xüsusiyyətlərinə görə dəyişə bilər. Tərtibatçılar sadələşdirilmiş ödəniş icazəsi (SPV) xüsusiyyətinə sahib pulqablarını məsləhət görür.
Digər tərəfdən, əksər cüzdan SPV xüsusiyyətləri təklif etmir. Məsələn, “Coinbase” cüzdanı tozları saxlayıb-saxlamayacağına özü qərar verir.
Böyük sahibkarlar sayəsində tozların getdikcə azaldığını deyən tərtibatçılar var. Böyük sahibkarlar əməliyyat xərclərinin azalması üçün daha yaxşı çatdırılma sistemi hazırlamağa çalışır. Bitcoin istifadəsi artarsa, toz da artır. Problemin həlli isə yalnız Lightning Network kimi ödəniş sistemlərindən asılı olacaq.
Təhlükəsizlik
Əgər Bitcoin-lər fərqli cüzdanlarda olarsa, onları tək bir cüzdana yığmaq üçün bir çox tapşırıqlar etmək lazımdır. Bir cüzdanda toz toplamaq əvvəl etdiyimiz əməliyyatlatın təsbitini asanlaşdırır. Əgər birja cüzdanlarından biri üçün müştəri tanıma (KYC) estəniz, hesablarınız və şəxsiyyətiniz daha asan aşkarlana bilər. İstifadəçinin bütün tozları bir hesabda olarsa, şəxsiyyətinin müəyyənləşməsi çətindir.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.