COVID19 pandemiyasının dünya iqtisadiyyatına təsiri | Banco.az

COVID19 pandemiyasının dünya iqtisadiyyatına təsiri

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin anailitiki Nərmin Kazımlının şərhi

Giriş

Pandemiyanın mərkəzi hazırda Avropadan ABŞ-a keçir.  Birjalar bəzən 5-10 faiz arasında, bəzən isə yuxarı və ya aşağı həddə dəyişir.Dövlətlər özünütəcrid qaydalarının qabaqlayıcı tədbirlər görürlər. Nəticədə, birbaşa, qaçılmaz iqtisadi çətinliklər yaranır və bu da hökumətlərin getdikcə daha kəskin anti-böhran tədbirləri həyata keçirməsinə səbəb olur.

Dünya iqtisadiyyatının pandemiya şoku

Çindən sonra ilk yoluxma yanvarın 13-də (Taylandda) təsdiqlənmişdi. Bütün G7 ölkələri isə ilk yoluxma halını ayın sonunda gördülər (ilk yoluxma 7 fevral olan Kanada istisna olmaqla). Fevralın sonunda İtaliya və martın əvvəlində bütün G7 ölkələri "epidemioloji əyriliy"in"sürətlənmə" mərhələsinə qədəm qoydular.

Pandemiyanın dünyanın bütün böyük ölkələrinin iqtisadiyyatlarını eyni anda vurması qeyri-adi haldır. Planetin istehsalının və gəlirinin üçdə ikisini təşkil edən ölkələr normal vaxtlarda həddindən artıq sərt görünən məhdudlaşdırma siyasətini tətbiq edirlər.

Qrafik 1. Yeni A qrupu virus pandemiyasına hazırlıq və cavab çərçivəsi, CDC intervalları.  (CDC - Xəstəlik əleyhinə İdarəetmə və Qabaqlayıcı Mərkəz)

Məlumdur ki, pandemiyaya nəzarət etmək "epidemioloji əyrini düzləşdirmək" deməkdir. İnfeksiyanın yayılma sürətini yavaşlatmaq üçün iş yerlərinin və məktəblərin bağlanması, səyahət qadağaları, özünütəcrid tələbləri ilə ümumilikdə insanların sosial məsafə səviyyəsini qorumaq qaydalarına riayət edilməsi istiqamətində tədbirlər görülür. Digər bir təşəbbüs, yoluxmuş insanların cəmiyyətdən uzaqlaşdırılması və karantin rejimində saxlanılmasıdır. COVID-19, bir çox səbəblərə görə iqtisadi nəticələrə kəskin təsir göstərir, iqtisadi yavaşlamaya səbəb olur. Pandemiyanın sürətlənmə mərhələsində xəstəxanaya ehtiyacı olanların sayı, ölkənin səhiyyə sistemini alt-üst edə biləcək qədər artır. Bu hal hazırda İtaliyada baş verir. Bu səbəbdən, dövlət aparılacaq siyasətin zərərə/xərcə səbəb olacaq nəticələrini iqtisadi inkişafın yavaşlamasının qarşısını alan və mümkün səviyyədə yoluxma hallarını azaldan sürətli alternativlər seçməlidirlər.

Beynəlxalq Maliyyə Korporasiyasının (İMF) 2020 hesabatında böhran avtobusa bənzədilir, yəni, hər zaman növbəti biri gəlir. İndiki hal digər iqtisadi böhranlardan iki istiqamətdə fərqlənir: COVİD-19 iqtisadi böhranı digər krizislərlə müqayisədə, olduqca qısa müddətdə, sadəcə bir neçə gündə Çinin Vuhan kəndindən bütün G7 ölkələrinə yayıldı. Digər bir istiqamət isə, epidemiyanın səbəb olduğu tibbi şokun yalnız maliyyə sektoruna deyil, iqtisadiyyatın bir neçə sahəsinə təsir etməsidir.

Avropa ölkələri və ABŞ-da böhran qığılcımları

2008-ci il böhranı ilə müqayisədə Avropa indiki böhrana daha hazırlıqlı və güclü cəhətlərə sahibdir. İlk öncə, bank sektoru daha yaxşı kapitallaşdırılıb və daha likviddir, törəmə bazarlar daha şəffafdır. Daha əhəmiyyətlisi, Avropa Mərkəzi Bankı (AMB) yenidənqurma proqramı ilə əlaqəli potensial olaraq limitsiz suveren istiqrazları satın alaraq üzv dövlətə kömək edə bilər. Digər tərəfdən, Avropa ölkələri bu kimi fövqəl hala hazır olmayan büdcəyə sahibdir. Yeddi illik dövr üçün ayrılmış büdcənin adekvatlığı problemlidir: əvvəlcədən yüklənməyə, şərti borc götürməklə (frontloading), xərcləmə prioritetlərini yenidən bölüşdürməyə  daha az imkan mövcuddur.

Qanuna görə iqtisadiyyat yalnız pul dövriyyə etdikdə mexanizm fəaliyyət göstərməyə davam edir. Tək bir yerdə axınının kəsilməsi artıq bütün iqtisadi mexanizmdə yavaşlamaya səbəb olur. Bu axının pozulmasına isə bir neçə tip  iqtisadi şok yarada bilər. Pandemiya da artıq bir neçə istiqamətdə bu kimi şoklarla təsir etməyə başlayıb. Belə ki, insanların əməkhaqqları ödənilmədiyi, gəlir məbələri olmadığı halda maliyyə çətinlikləri, hətta iflasla üzləşmələri baş verir.   Bu vəziyyət xüsusilə ABŞ-a - tibbi borcların iflasın əsas mənbəyi olduğu bir ölkəyə aid edilir (Debt. Org 2020). İşçilər iş yerlərini itirdikdə - işsizlik sığortası və ya digər gəlir dəstəyi alsalar da – təxirə salınabilən xərclərini azaldırlar. Nəticədə, xərclərin səviyyəsinin azalması ev təsərrüfatlarından dövlətə və özəl sektora pul axınına mane olur. Bundan başqa, daxili tələbə birbaşa təsir etməsə də, ölkəninxarici gəlirləri və nəticədə ixrac xərcləri zəifləyir. Həmçinin tələbin azalması və ya birbaşa tədarük şokları (azalma) beynəlxalq və daxili tədarük zəncirinin qırılmasına səbəb ola bilər. Hər ikisi istehsalın azalması ilə nəticələnir.

İstehsala təsir isə  insanlar və firmaların ‘gözləmə və görmə’ iqtisadi davranışı ilə daha da şişirdilə bilər.

Pandemiyanın təsirindən bir çox biznes müəssisələrinin iflasa uğraması halları başlayıb və proses hələ bir müddət davam edəcək. Son illərdə bir çox müəssisə borclanma səviyyəsini artırıb (BIS 2019). Belə ki, 2008-ci il böhranından sonra Mərkəzi Banklar iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı tutaraq böyük miqdarda likvidliyi təmin etməyə davam etdilər. Bu siyasətin mənfi təsiri yüksək borclanma səviyyəsinin müşahidə edilməsi oldu. Bu da özəl sektorun korona pandemiyası kimi bir tələb zərbəsinə qarşı həssaslığını artırıb (Csullag et al. 2016). Məsələn, İngiltərə hava yolları Flybe-nin iflas etməsi klassik bir nümunədir.

Pandemiyanın əmək bazarına təsiri

Firmaların bağlanması pul axınına daha çox maneələr yaradır. Kreditorların ödənişləri edilmir, ümumiyyətlə işçilərə tam maaş verilmir və bəzi hallarda da onlar işsiz qalırlar. Məsələn İspaniyada 898,822 insanın işini itirməsi, 2017-ci ilin  aprelindən bəri ümumi işsizlik göstəricisinin 3,5 milyona qədər - ən pik həddə artmasına səbəb olub. Bundan başqa, Amerikada 28 mart tarixinə olan statistikaya əsasən işsiz əhalinin sayı əvvəlki həftə ilə müqayisədə iki dəfə artaraq 6,65 milyona çatıb. Əlavə olaraq, BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO), çinli turistlərin azalması səbəbi ilə Yaponiyanın birinci rübdə 1.29 milyard dollarlıq, Taylandın isə 1.15 milyard dollar turizm gəlirini itirə biləcəyini proqnoz etmişdi. Həmçinin, hələ mart ayının 5-də ABŞ-a səyahət qadağası elan edilməmişdən əvvəl Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA), COVID-19 şokunun uçuşların azalması ilə aviaşirkətlər üçün 113 milyard dollar itkiyə səbəb ola biləcəyini proqnozlaşdırdı.

 Mexanizmə təsir edən digər mühüm bir istiqamət işdən çıxarılan, xəstə məzuniyyəti götürmüş, karantində olma, uşaqlara və ya xəstə qohumlarına qulluq etmək üçün məzuniyyət hallarının yaratdığı nəticələr ilə bağlıdır. Qeyd olunduğu səbəblərdən müvəqqəti işləməyən insanlar üçün, xüsusilə, G7 ölkələrinin hamısında bu kimi hallar kompensasiya edilmir.

İqtisadi böhranla bağlı proqnozlar

 Hesab olunur ki, pandemiya  2020-ci ilin yayın sonuna qədər davam etsə, onda böhran vəziyyəti əsasən 4 mərhələdə olacaq:

  1. Çin şoku (yanvar-mart). Çin səhiyyə böhranının yan təsirləri əsasən qlobal istehsal dəyər zəncirlərində özünü göstərir. Təchizatdakı çatışmazlıq bəzi istehsalçılara və məhsullara xasdır. Lakin, makro effekti azdır. Çünki, nəqliyyat avadanlığı ,elektronika, aptek, tekstil kimi sahələr ən çox təsirlənən sektorlardır. OECD-nin məlumatlarına əsasən bu sahələr ÜDM-in cəmi 4% -ni (Almaniya üçün daha çox) təşkil edir.
  2. Sektoral maneələr (fevral ayından başlayaraq). Əsasən turizm, hava nəqliyyatı, otel və əyləncəyə təsir edən sektoral və regional tələbin sarsılması ilə müşahidə olunur. Bu nisbətən daha ağır bir şokdur, amma yenə də təsirlənən sektorlar ümumilikdə nisbətən kiçik makroiqtisadi paya sahibdir. Restoranlar da daxil olmaqla ÜDM-in 5%-i həcmində itkiyə səbəb ola bilər (İspaniyada daha çox, Almaniyada daha az).
  3. Kəskin ümumi maneələr (martın əvvəlində İtaliyada, digər Avropa ölkələrində 1-3 həftədən sonra). İnfeksiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlər nəticəsində kumulyativ tədarük şoku tələbin və iqtisadi dinamikliyin azalmasına səbəb olur. Geniş miqyaslı məhdudiyyət siyasəti tədbirləri istər-istəməz əmək fəaliyyətinin azalması, biznes sektorunun zəifləməsi, maliyyə şoklarının (fond bazarları, kredit standartları) və ictimai istehlakın azalması böyük iqtisadi ziyana səbəb olur.
  4. İqtisadiyyatın bərpası (may və ya iyun aylarında başlayacaq). Kəskin geridönüş ehtimalı var. Ancaq xidmət sektorundakı itirilmiş korporativ gəlir, KOS-ların iflası və banklarda işləməyən kreditlərin yığılmasının səbəb olduğu kredit məhdudiyyətləri, ev təsərrüfatlarının əmanətlərinin yenidən bərpası kimi amillər tibbi şokun törətdiyi böhranlı vəziyyətdən sonra əvvəlki hala qayıtmağı çətinləşdirir.

Təhlillərdən göründüyü kimi hazırda bir çox ölkələr ən yaxşı halda 3-cü mərhələdə hesab oluna bilər. Bu halda isə müxtəlif səbəblərdən miqyaslı və təcili dəstək tədbirlərin görülməsi zəruridir. Birincisi, səhiyyə xidmətlərinə (müvəqqəti qurğular, avadanlıqlar, işə götürmə, tibb işçiləri üçün artıq iş saatları) və əlaqədar faktorlara (təhlükəsizlik, karantin rejiminə əməl olunması tədbirlərinin idarəedilməsivə s.) çəkilən xərclər əhəmiyyətli dərəcədə artırılmalıdır. Məbləği birdəfəlik müəyyən etmək mürəkkəb olsa da,   hesablamalara əsasən bu kimi xərclər illik ÜDM-in on faizinə  qədər artırıla bilər.

Növbəti mərhələdə, xidmət sahələri və sahibkarların fəaliyyətinin dəstəklənməsi qeyd oluna bilər. KOS-lar bu mərhələdə iflasın qarşısını almaq üçün əlavə olaraq vergi güzəştləri və güzəştli kredit xətti, qrantlar şəklində ciddi maliyyə dəstəyinə ehtiyac duyacaqlar. Həmçinin, ev təsərrüfatlarına ödənişlərdən azadolma və ya nağd ödəniş transferləri (Honk Konq və Sinqapurda elan olunduğu kimi) işçilərə birbaşa əmək haqqlarının ödənilməsi kimi alternativlərlə dəstək olmaq mümkündür.

İtaliya ÜDM-in 0,6%-i həcmində təcili dəstək proqramını elan edib. Maliyyə sabitləşdiriciləri ilə birlikdə belə bir fəaliyyət planının tədiyyə balansında ÜDM-ə 2%-ə yaxın qısamüddətli ziyan verəcəyi gözlənilir. Lakin, bu rəqəm belə özlüyündə həssas Avropa ölkələrinin fiskal potensialının sınaqdan keçirmək üçün kifayət qədər böyükdür.

Digər tərəfdən, Asiya İnkişaf Bankının (ADB) məlumatına görə, koronavirus pandemiyasının verəcəyi ziyan xəstəliyin Avropa, ABŞ və digər böyük iqtisadiyyatlara yayılmasından asılı olaraq 4,1 trilyon dollar və ya qlobal ÜDM-in demək olar ki, 5% -ni təşkil edə bilər. ADB-nin baş iqtisadçısı Yasuyuki Sawada müsahibəsində deyib ki, Covid-19 pandemiyasının əhatə miyqasını heç kəs təxmin edə bilməz, bu səbəbdən  yayıla məhdudlaşdırma siyasəti hazırda proqnozlaşdırıldığından daha uzun çəkə bilər. Belə olduğu təqdirdə, kəskin fiskal qeyri-sabitlik  və maliyyə böhranları qaçılmaz ola bilər. Mart ayının 6-da ADB virusun yayılmasının dünya iqtisadiyyatına 347 milyard dollara başa gələ biləcəyini və qlobal artım tempini 0,4 faiz azaldacağını bildirmişdi. O vaxtdan bəri, virusun episentri Çindən Avropaya və ABŞ-a keçdi, hazırda qlobal infeksiyaların sayı 1 milyonu ötüb. ADB, Asiya üçün 2020-ci il iqtisadi inkişaf proqnozunu keçən ilin (2019) sentyabr ayında təxmin edilən 5.5% -dən, 2.2% -ə endirdi. Çinin inkişaf proqnozu isə 6% -dən 2.3% -ə azaldıldı. Halbuki ötən il 6.1% artım müşahidə edilmişdi. Turizm və əmtəə bazarının inkişafından asılı olan Tailand kimi ölkələr isə pandemiyanın yaratdığı iqtisadi böhrandan daha çox əziyyət çəkəcək. Lakin bankın ehtimalına görə əgər virus 3-6 ay müddətində bitərsə, o zaman iqtisadi bərpa da daha sürətli şəkildə gedə bilər.

Cədvəl 1. ADB-nin hesablamalarına əsasən COVİD-19-un verə biləcəyi qlobal zərər

ADB-ninhesablamarına əsasən virusun qlobal təsiri

ÜDM

%

Xərc

(milyard dollar)

Qısamüddətliməhdudiyyətsiyasəti,dahaaztələbşoku

-2.3

2,013.0

Uzunmüddətliməhdudiyyətsiyasəti,dahaçoxtələbşoku

-4.8

4,090.8

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, səhm bazarında investorların maliyyə davranış kodeksinə uyğun olmayan durğunluğu da digər bir təhlükəni özündə əks etdirir. İqtisadçı Robert Şillerin sözlərinə görə biznes mühitinin durğunluğu artıq insanların geri çəkilməsinə səbəb olur. Bu mühitdə yeni sərmayələrin olmayacağı gözlənilə bilər.

Nəticə

Ümumilikdə, maliyyə sisteminin ən həssas hissəsi olan banklar 2008-ci ildəkindən daha yaxşı vəziyyətdə olsalar da maliyyə sisteminə fokuslanan istənilən siyasi addım tənəzzülə uğraya bilər. Çünki hazırki vəziyyət yalnız maliyyə sektoru ilə bağlı deyil. 2020-ci ildə dünya iqtisadiyyatında müşahidə edilən şok tamamilə fərqlidir, məhdudlaşdırma siyasəti istehsaldan tutmuş xidmətə qədər bir çox sahəni əhatə edərək ciddi şəkildə maneə törədir. Bu səbəbdən, COVID-19-un iqtisadi nəticəsi, 2007-2009-cu illərdən daha pis görünür, çünki bu qədər qısa müddətdə iqtisadiyyatın belə sürətli çökməsi baş verir. Hətta altı ay ərzində müəyyən məqbul səviyyədə gəlir əldə olunsa belə, bəzi firmaların iflasının  işsizlikdən tutmuş bank balansındakı mənfi borclara qədər bir çox problemlərə yol açacağı ehtimal olunur.

COVID-19 böhranın  dağıdıcı iqtisadi və  tibbi şokunu nəzərə alaraq , indi  əsas prinsip, "iqtisadi çapıq"ın yığılmasını təmin etməkdir. Burada   fərdi və korporativ iflas hallarının sayını azaltmaq, insanların işləməmələrinə baxmayaraq pul xərcləmələrini davam etdirmələrini əsas götürmək lazımdır. Həmçinin epidemioloji əyri səviyyəsini düzəltmək üçün lazım olan karantin növünə subsidiya verilməsi ehtimalı da nəzərdən keçirilə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et