COVİD -19 koronavirusdan qorunmasına dair maarıfləndirici seminarlar keçirilir | Banco.az

COVİD -19 koronavirusdan qorunmasına dair maarıfləndirici seminarlar keçirilir

Bu gün, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) qismən maliyyələşdirdiyi, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Naxçıvan MR-da icra etdiyi “Naxçıvan Muxtar Respublikasında COVİD 19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində “COVİD – 19 – Koronavirusdan qorunma tədbirləri” adlı maarıfləndirici 2 seminar həyata keçirilmişdir.  Seminar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın təşkilatçılığı ilə həyata keçirilmişdir.  

Seminarın əsas məqsədi, Naxçıvan MR-da yaşayan qadınları, Koronavirus, onun simptomları, yoluxma riskindən qorunma, xəstəliyin yayılmasının qarşısını alma və qoruyucu tibbi vasitələrdən istifadə haqqında maarifləndirməkdir .  

Seminar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sədri xanım Ramilə Seyidovanın açılış nitqi ilə başlamışdır. Xanım Ramilə Seyidova Naxçıvan Muxtar Respublikasında COVİD – 19 pandemiyasına qarşı kompleks qabaqlayıcı tədbirlərin həyata keçirilməsini vurğulamışdır.
Koronavirus pandemiyasının muxtar respublika iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, səhiyyə sahəsində verilən operativ qərarlarla da epidemiyanın təsirlərinin minimuma endirilməsinə nail olunduğunu qeyd etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Mikromaliyyə Assosiasiyasının Layihə Rəhbəri xanım Sevinc Rüstəmova COVİD – 19 böhranı dövründə davranışlar, Koronavirusdan qorunma tədbirləri haqqında layihə iştirakçılara geniş məlumat təqdim etmişdir.

2 seminar zamanı hər birində 10 qadın iştirak etməklə cəmi 20 layihə iştirakçısına koronavirusdan qorunma vasitələri – qoruyucu örtüklər (maskalar) və əlcəklər – paylanılmaqla onlardan istifadə qaydaları izah olunmuşdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et