Covid-19 Google şirkətinin gəlirlərinə necə təsir göstərdi? | Banco.az

Covid-19 Google şirkətinin gəlirlərinə necə təsir göstərdi?

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi Google 2020-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Dünyanın qabaqcıl texnologiya şirkətlərindən biri olan Google sektorun bir çox müxtəlif sahələrində aparıcı mövqeyə sahibdir. Google-un ana şirkəti sayılan Alphabet ilin ilk rübü üzrə maliyyə göstəricilərini elan edib.

Məlum olduğu kimi, bütün dünyada öz təsirini göstərən koronavirus pandemiyası nəhəng şirkətlərin maliyyə göstəricilərində də rol oynayıb. Apple, Google, Amazon kimi Silikon Vadisi nəhənglərinin gəlirlərində pandemiyanın təsiri ilə müəyyən azalma müşahidə olunub. Google şirkətinin də rüblük göstəricilərində bu bariz özünü göstərir.

Alphabet şirkətinin CEO-su Sundar Piçay (Sundar Pichai) ilin ilk rübü üzrə maliyyə göstəricilərinə dair verdiyi açıqlamada “iki rübün hekayəsi” ifadəsini işlədib. Google şirkətinin rəhbəri mart ayı ərzində reklam gəlirlərində böyük azalma olduğunu vurğulayıb. Bununla yanaşı, axtarış faizi və Android əsaslı gəlirlərdə isə artım müşahidə olunub.

Google battles coronavirus misinformation in search, on YouTube ...

Yanvar – mart aylarını əhatə edən ilin ilk rübündə texnologiya nəhəngi 41.16 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13% daha çoxdur.

Sundar Piçay xüsusilə mart ayı ərzində reklam gəlirlərində böyük azalma olduğunu söyləyib. Ötən ilin eyni dövründə 36.34 milyard dollar gəlir əldə edən şirkət koronavirus pandemiyasının təsiri olmasaydı, bu göstəricidə əsaslı yüksəliş proqnozlaşdırdıqlarını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

İstifadəçilərin karantin dövründə ağıllı telefonlarla daha çox vaxt keçirmələri səbəbilə Play Store gəlirlərində isə artım müşahidə edilib. Göstəricilərə görə fevral ayı ərzində Play Store vasitəsilə endirilən tətbiqlərin sayında 30% artım olub. Telefon satışlarının azaldığının qeyd edildiyi açıqlamada dünya üzrə 2.5 milyarddan çox Android istifadəçisinin olduğu vurğulanıb.

Şirkətin maliyyə direktoru Ruth Porat pandemiya səbəbilə reklam sektorunun çətin günlərdən keçəcəyini ifadə edib. Xatırladaq ki, şirkət bir müddətdir ki, Apple şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni bir tətbiq üzərində işləyir.

Ruth Porat Is Google's First Female CFO: 10 Other Powerful Women ...

Həmçinin oxu: Bu dövrdə şirkətlərin marketinq strategiyaları necə olmalıdır? – Mühüm tövsiyələr

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram