Bu dövrdə şirkətlərin marketinq strategiyaları necə olmalıdır? – Mühüm tövsiyələr | Banco.az

Bu dövrdə şirkətlərin marketinq strategiyaları necə olmalıdır? – Mühüm tövsiyələr

Koronavirus pandemiyasının bütün dünyanı öz təsiri altına alması ilə biznes mühiti sözün əsl mənasında böhran vəziyyəti ilə üzləşdi. Dünya miqyasında pandemiyanın sonlanması və ardınca gələn yaxşılaşma və bərpa müddətini də nəzərə alsaq, şirkətlərin ilin sonuna qədər bu böhranın təsirləri ilə mübarizə aparmaq məcburiyyətində olacaqları aşkardır.

Bu çətin dövrə baxmayaraq, şirkətlər həm mövcud müştəriləri ilə, həm də potensial müştəriləri ilə əlaqələri kəsməməyə çalışmalıdırlar. Lakin bunu edərkən də diqqətli olmaq lazımdır. Çünki dünya tarixində görülməmiş çox nadir rast gəlinən bir böhran dövrünü yaşayırıq.

Banco.az “Marketing Land” adlı internet saytına istinadən markaların bu dövrdə marketinq strategiyalarını necə müəyyənləşdirməli olduqlarına dair bəzi tövsiyələri sizə təqdim edir.

Bütün şirkətlər üçün tövsiyələr

  • Uzun vədəli strategiyaları saxlamaqla qısa vədəli planlarda çevik olun. Hazırda müəyyən kampaniyaları təxirə salmağınız və ya təkliflərinizi dəyişməyiniz lazım ola bilər, ancaq mövcud vəziyyətin nə qədər davam edəcəyi bəlli olmadığı üçün hər an uzun vədəli strategiyalarınıza müraciət etməyə hazır olmalısınız. Çünki sadəcə bir neçə ay ərzində hər şey yenidən öz axarına qovuşa bilər.
  • Müntəzəm şəkildə icra etdiyiniz işi ictimailəşdirin. Marketinq strategiyalarınız əsaslı şəkildə dəyişdiyi üçün yeni planlarınızın nədən ibarət olduğunu və hazırkı strategiyalarınızın hansı nəticələr yaratdığını və necə işlədiyini sosial aləmdə paylaşdığınızdan əmin olun. Şirkətlərin bu dövrdəki marketinq strategiyaları hər kəs tərəfindən diqqətlə izlənilir. Odur ki, şəffaf olun və mövcud vəziyyətin öhdəsindən gəlmək üçün hansı tədbirlər gördüyünüzü insanlarla bölüşün.
  • Mesajlaşma və kommunikasiya axınlarına nəzarət edin. Mövcud kommunikasiya və informasiya mübadiləsi axınlarının aktual olub olmamasına diqqət yetirin. Korporativ mesajlaşmanın aktuallıqdan kənarda qalmaması və doğru informasiyalar ötürməsi məqsədilə müəyyən bir müddət üçün müvəqqəti olaraq dəyişdirilməsi tələb edilə bilər.

İşləri azalan şirkətlər üçün tövsiyələr

Ən sərfəli kredit üçün müraciət et

  • Layihələrə fokuslanın. İşlərin azalmasından yaranan vaxtı daha əvvəl təxirə salmalı olduğunuz məsələlərin həllinə sərf edin. Məsələn, şirkətin internet saytının dizaynında dəyişiklik edə və ya strukturunu tamamilə dəyişdirə bilərsiniz. Fəaliyyətlər yenidən başladıqdan sonra şirkətin marketinq komandası intensiv işləməli olacaq. Odur ki, hər şeyi qaydasına salıb onlara əlverişli şərait yaratmaq üçün bu dövrdən səmərəli istifadə edin.
  • Müştərilərinizlə əlaqəni kəsməyin, ancaq balansı qoruyun. Əsas istehsal etdiyiniz məhsul və ya təklif etdiyiniz xidmət hazırki vəziyyətdə o qədər də əhəmiyyətli deyilsə, kommunikasiya tempini əsaslı dərəcədə azaldın. İşiniz bir növ məzmun yaratmaqdırsa, insanların evlərində qalmalı olduqları bu günlər işlərinizi tanıtmaq üçün doğru vaxt ola bilər.
  • Marka sədaqəti və doğum günü kampaniyalarınızı uzadın və genişləndirin. İnsanlar yenidən normal həyatlarına geri qayıtdıqları zaman marka sədaqəti xallarının və doğum günü kampaniyalarının keçərli olacağından əmin olun. Bəzi kampaniyalar fiziki mağazalarınız üçün nəzərdə tutulubsa da, hazırki vəziyyətdə insanların evlərindən də bu kampaniyalardan faydalanması üçün onları onlayn platformalarda da təqdim edin.

İşləri artan şirkətlər üçün tövsiyələr

  • Müştərilərinizi işlərinizlə bağlı bütün dəyişikliklərdən xəbərdar edin. Gecikmiş çatdırılma, məhdud məhsullar, dəyişən müştəri xidmətləri və mağazaların iş saatları kimi nüansları müştərilərinizə mütləq şəkildə bildirin.
  • İnsan Resursları komandasına işə qəbulla bağlı köməklik göstərin. Marketoloqlar işə qəbul prosesində istifadə edilə biləcək məxsusi bacarıqlara sahib olduqları üçün onların köməyindən istifadə edə bilərsiniz.

Həmçinin oxu: Bu dünyaca məşhur şirkət də tibbi maska və dezinfeksiyaedici vasitələr istehsal etməyə başladı

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et