Connectronic şirkətinin təşkilatçılığı ilə TP-Link brendinə məxsus videomüşahidə, ağıllı ev və şəbəkə həllərini əks etdirən kateqoriyalar üzrə möhtəşəm seminar baş tutdu.
Dünya miqyaslı TP-Link brendinin Azərbaycandakı rəsmi distribütoru olan Connectronic şirkəti brendin müxtəlif istiqamətlərini əks etdirən məhsullar haqqında 16 mart tarixində Fairmont otelində seminar keçirmişdir. Seminarda videomüşahidə həlləri, ağıllı ev sistemi və şəbəkə həlləri istiqamətində Connectronic və TP-Link nümayəndələri tərəfindən geniş məlumatlar təqdim olunmuşdur. Qonaq qismində Azərbaycan Respublikasında fəaliyyət göstərən bir çox nüfuzlu şirkətlərin rəhbərliyi, IT ekspertlər, sistem inteqratorları və s. iştirak etmişdir. Burada informativ təqdimatlar ilə yanaşı, qonaqları maraqlandıran, bazarın ehtiyac duyduğu müvafiq həllər ilə bağlı suallar Connectronic və TP-Link nümayəndələri tərəfindən cavablandırılmışdır. Həmçinin brendin müxtəlif istiqamətlərini təşkil edən VIGI, Tapo, Omada, Mercusys və Aginet məhsullarına olan maraq daha da artmış və gələcək əməkdaşlığın prespektivləri istiqamətində müzakirələr aparılmışdır.
Sonda isə TP-Link brendi və həlləri ilə bağlı sual-cavab təşkil olunmuş və qaliblərə ağıllı ev sisteminin bir hissəsi olan Tapo ağıllı kameraları hədiyyə olaraq təqdim edilmişdir.