Con Kennedinin gündəliyi 700 min dollara satılıb | Banco.az

Con Kennedinin gündəliyi 700 min dollara satılıb

Con Kennedinin gündəliyi hərracda, 718 750 dollara satılıb, bu gündəlikdə Kennedi, Hitleri əfsanə şəxsiyyət adlandırıb, bu haqda Banco.az RR-hərracına istinadən məlumat verir.

Gündəliyi alan isə şəxsi kolleksiyasını zənginləşdirmək istəyən amerikalı Cozef Alsop olub, gündəliyini dəyəri hərrac tərəfindən ilkin təklif olunan 200 min dollardan xeyli yüksəlib.

61 səhifəlik gündəlikdə həm əl yazıları, həm də maşın çapı ilə olan səhifələr vardır, Kennedi onu, 1945-ci ildə, 28 yaşında, Uilyam Xerstin qəzət konsernində jurnalist kimi çalışdığı vaxtlar yazmağa başlayıb. Onun Avropaya səyahətini isə öz oğlu üçün həmin dönəmlərdə ABŞ-ın Böyük Britaniyada səfiri olan Cozef Kennedi təşkil edib. San-Fransiskodo BMT-nin açılış mərasimindən sonra, gənc müxbir Kennedi, bütün İngiltərə boyu səyahət edərək, Uinston Çörçilin seçki qabağı kampaniyasını işıqlandırıb. Daha sonra Almaniyada Potsdam konfransında, ABŞ-ın hərbi dəniz xidmət naziri Ceyms Forrestol ilə birlikdə iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

Həmin ilin yayında Kennedi rəsmi şəkildə konqressə namizədliyini irəli sürüb, gündəliyin səhifələrində isə onun bu qərardan öncə keçirdiyi tərəddüd hissləri yer alıb.

Ətraflı: https://www.newsru.com/world/27apr2017/kennedy.html