“Coca-Cola” yeni reklam kampaniyasında klassik sənət əsərlərinə müraciət edib | Banco.az

“Coca-Cola” yeni reklam kampaniyasında klassik sənət əsərlərinə müraciət edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Klassik sənət əsərləri “Coca-Cola”nı bədii səyahətə çıxarır.

Banco.az xəbər verir ki, “Coca-Cola” firması yeni "Masterpiece" reklam kampaniyasında bir çox fərqli tarixi və müasir incəsənət mühitlərində markanın simvolik içki şüşəsini fərqli sərgüzəştlərə çıxarır.

Endi Uorholun tablosundan tutmuş Vinsent van Qoqun “Arlesdəki yataq otağı” əsərinə qədər bir çox klassik sənət əsərinin içərisinə daxil olub-çıxan “Coca-Cola”nın səyahətinə Yaxın Şərq, Hindistan, Afrika və Latın Amerikasından olan yeni sənətə başlamış rəssamların əsərləri də daxildir.

Şəkillərdəki subyektlər “Coca-Cola” butulkasını tutmaq oyunu oynayır və butulkanı içərisində olduqları mənzərələr arasında kiçik bir səyahətə çıxarırlar. Bu minvalda butulka da daxil olduğu sənət üslubuna uyğunlaşmaq üçün dəyişir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram