"Citigroup" qızıl proqnozunu yüksəldib | Banco.az

"Citigroup" qızıl proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Citigroup” Trampın tarif müharibəsi və geosiyasi risklər kimi təsirləri əsas gətirərək qızılın üç aylıq qiymət hədəfini unsiya üçün 3500 dollara çatdırıb.

Banco.az xəbər verir ki, “Citigroup” ABŞ Prezidenti Donald Trampın gömrük tarifləri, geosiyasi risklər və ABŞ-ın maliyyə mövqeyi ilə bağlı qeyri-müəyyənliklərin davam etməsi fonunda təhlükəsiz liman aktivlərinə marağın yenidən artdığını bildirərək qızıl üçün üç aylıq qiymət hədəfini unsiya başına 3500 dollara yüksəldib.

Kenni Hunun rəhbərlik etdiyi “Citigroup” strateqləri may ayının əvvəlində hədəfi 3150 dollar/unsiya səviyyəsinə endirdikdən sonra, ABŞ-ın Aİ-yə qarşı yeni tarif təhdidlərinin qızıla olan tələbi yenidən canlandırması səbəbindən qısa müddətdə hədəflərinin 3500 dollar/unsiyaa olduğunu qeyd ediblər.

Qiymətlərin ticarət qeyri-müəyyənliyi, geosiyasi risklər, ABŞ-da büdcə ilə bağlı narahatlıqlar və Çin ilə Hindistanda güclü iqtisadi mənzərənin dəstəyi ilə 2025-ci ilin ikinci yarısında mövcud səviyyələrdə sabit qalacağı proqnozlaşdırılır.

Analitiklər bildirirlər ki, “unsiyaa başına 3100 ilə 3500 dollar arasında bəzi imkanlar gözlənilir.” Əvvəlki hesabatda bu aralıq unsiyaa başına 3000 – 3300 dollar idi.

Lakin Federal Ehtiyat Sisteminin (Fed) faiz endirmə dövrünə başlaması, artım ilə bağlı narahatlıqlar və səhmlər üzərindəki risklərin azalması səbəbilə uzunmüddətli perspektivdə ehtiyatlı davranmaq tövsiyə olunur.

Platin qiymətləri isə ötən həftə 10 faizdən çox artaraq son iki ilin ən yüksək səviyyəsinə çatıb. Bu, son 4 ildən artıq müddətdə ən böyük artım kimi qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram