Müəllif: Tamara Mustafayeva, Banco.az
“Citi” və “Goldman Sachs” dünən açıqlanan iyul inflyasiya rəqəmlərini qiymətləndirib.
Banco.az xəbər verir ki, “Citi” iqtisadçıları İlker Domaç və Gültekin Işıqların imzasını daşıyan hesabatda iyul ayında inflyasiyanın onların 33,5–34,1% aralığındakı proqnozlarından aşağı, yəni 33,5% səviyyəsində gerçəkləşdiyi qeyd olunub. Hesabatda illik inflyasiyanın 2025-ci ilin sonuna qədər təxminən 30%-ə enəcəyi, lakin risklərin yuxarı yönlü olduğu vurğulanıb.
Qurum ilin sonuna qədər uçot dərəcəsinin 38% səviyyəsində qalacağını proqnozlaşdırıb.
“Goldman” iqtisadçıları Klemens Qrafe və Başak Edizgilin imzasını daşıyan qeyddə bildirilib ki, Türkiyədə başlıq inflyasiya müsbət baza təsirləri ilə, iyun ayındakı 35%-dən iyul ayında 33,5%-ə geriləyib və 34,1%-lik proqnozlardan aşağı reallaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!