Müəllif: Tamara Mustafayeva, Banco.az
“Citi Research” qızıl və gümüşün qiyməti ilə bağlı proqnozlarını artırıb.
Banco.az xəbər verir ki, “Citi Research” ABŞ əmək bazarının pisləşməsini və ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltmasını əsas gətirərək qızıl qiymətləri ilə bağlı üç aylıq proqnozunu artırıb.
Belə ki, “Citi” qızılın üç aylıq qiymət proqnozunu 2700 dollar/unsiyadan 2800 dollar/unsiyaya yüksəldib, 6-12 aylıq proqnozunu isə 3000 dollar olaraq açıqlayıb.
Digər tərəfdən, gümüşün qiyməti ilə bağlı 6-12 aylıq proqnozunu bir unsiya üçün 38 dollardan 40 dollara çatdırıb.
“Citi” platinin üç aylıq qiymət hədəfini bir unsiya üçün 1,025 dollar və 6-12 aylıq hədəfini bir unsiya üçün 1,100 dollar olaraq təyin edərək neytral mövqeyini qoruduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!