"Citi Group"dan "Apple" ilə bağlı xəbərdarlıq! | Banco.az

"Citi Group"dan "Apple" ilə bağlı xəbərdarlıq!

"Citi Group"un analitiki Jim Suva, Çində "Apple" məhsullarına tələbin azalacağına dair xəbərdarlıq edib. "Apple" səhmləri üçün qiymət hədəfi isə 205 dollara endirilib.

"Apple", hazırda 12 faiz olan Çindəki bazar payının yarı-yarıya azalması riskilə qarşı-qarşıyadır. "Apple" səhmləri üçün qiymət hədəfi 15 dollar azaldılaraq 205 dollara endirilib. Buna baxmayaraq, "Apple" səhmlərinin reytinqi "satın al"dır.

"Apple" gəlirinin az qala 20%-ni Çin bazarından qazanır. "Citi Group", Çinin, "Apple" əvəzinə yerli markalara yönələcəyini nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

"Citi Group"un analitiki Jim Suva, ABŞ və Çin arasındakı ticarət gərginliklərinin "Apple"ın boykot edilməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. 

"Apple"ın səhmləri Bazar ertəsi günü 178.97 dollardan ticarət olunub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et