Çinin xarici ticarətində pandemiyanın əvvəlindən bəri ən böyük azalma qeydə alınıb | Banco.az

Çinin xarici ticarətində pandemiyanın əvvəlindən bəri ən böyük azalma qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyun ayında Çinin ixrac və idxalı zəifləməyə davam edib və proqnozları doğrultmayıb.

Banco.az xəbər verir ki, Çinin ixracatı iyun ayında pandemiyanın başlanmasından bəri ən yüksək sürətlə azalıb.

Cümə axşamı açıqlanan gömrük məlumatlarına görə, ötən ay Çinin ixracatı dollarla ifadədə bir il əvvəllə müqayisədə 12,4 faiz, idxalı isə 6,8 faiz azalıb. İqtisadçılar ixracın 9,2 faiz, idxalın isə 4,0 faiz azalacağını gözləyirdilər. Bu, 2020-ci ilin fevralından bəri dünyanın ikinci ən böyük iqtisadiyyatında reallaşan ən böyük eniş olub.

Çin Gömrük İdarəsinin sözçüsü Lu Daliang bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ölkənin ticarəti ilin ikinci yarısında inkişaf etmiş ölkələrdəki yüksək inflyasiya və geosiyasi problemlər səbəbindən hələ də əhəmiyyətli təzyiqlə üzləşir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən dövrdə Çinin ticarət kəsiri 70,62 milyard dollar təşkil edib ki, bu da 74 milyard dollarlıq proqnozlardan bir qədər aşağıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et