Çinin süni intellekt sənayesinin dəyərinin 170 milyard dollardan çox olacağı proqnozlaşdırılır | Banco.az

Çinin süni intellekt sənayesinin dəyərinin 170 milyard dollardan çox olacağı proqnozlaşdırılır

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin süni intellekt sənayesinin ümumi pul dəyərinin 2025-ci ildə 1,2 trilyon yuanı (təxminən 170 milyard dollar) keçəcəyi təxmin edilir.

Banco.az xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinə bağlı Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT) Pekində keçirilən sənaye forumunda sənayenin hazırkı vəziyyəti ilə bağlı qiymətləndirmə hesabatını paylaşıb.

Süni intellekt modellərinin bu il dil qabiliyyətlərini 30 faiz, polimorfik anlama qabiliyyətlərini isə 50 faiz artırdığı qeyd edilən hesabatda, süni intellekt texnologiyasının texniki innovasiyadan real nəticələr verən məhsuldar qüvvəyə çevrildiyi kritik bir dönüş nöqtəsinə çatdığı vurğulanıb.

Hesabatda göstərilir ki, bu ilin əvvəlindən bəri istehsalda böyük dil modellərinin istifadəsi daha geniş yayılıb və istehsalda süni intellekt tətbiqi ssenarilərinin payı 19,9 faizdən 25,9 faizə yüksəlib.

Süni intellekt və robototexnikanın bir araya gəldiyi inteqrasiya olunmuş süni intellekt sektoru da sürətli böyümə yaşayır və qeyd edilib ki, bu sənaye zəncirində fəaliyyət göstərən 350-dən çox şirkət 2025-ci ilə qədər 40 milyard yuan (5,6 milyard dollar) maliyyələşdirmə alacaq.