“Çinin rəhbəri ticarət anlaşması istəyir” – Tramp | Banco.az

“Çinin rəhbəri ticarət anlaşması istəyir” – Tramp

Amerika prezidenti Donald Tramp Çin rəhbəri Xi – nin ticarət müharibəsini başa çatdırmaq üçün anlaşma istədiyini söyləyib.

Həmçinin oxu: “Çin ilə “böyük” ticarət anlaşması əldə etməliyik” – Donald Tramp

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, prezident Donald Tramp və Çin rəhbəri Xi Jinping, bu ay Argentinada baş tutacaq rəsmi görüşdən əvvəl xoş niyyətlərini dilə gətiriblər. Tramp, Çinli həmkarının şiddətlənən ticarət müharibəsini başa çatdırmaq üçün bir anlaşma əldə etmək istədiyini bildirib.

Dünyanın ən böyük iki iqtisadiyyatına sahib ABŞ və Çin rəhbərləri təqribən iki aydan bəri ilk ictimaiyyətə açıq telefon danışığından sonra bəzi açıqlamalar ediblər. Hər iki rəhbər də açıqlamalarında Şimali Koreya və ticarət məsələləri ilə bağlı müsbət fikirlər səsləndiriblər. Çin mətbuatının məlumatına görə, Tramp rəhbərlər arasında “müntəzəm və birbaşa əlaqə” və 30 noyabr – 1 dekabr tarixləri arasında keçiriləcək G20 sammitində əlavə görüşlər üçün “birgə hazırlıqları” dəstəkləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı Evin iqtisadi məsələlər üzrə müşaviri Larry Kudlow Vaşinqtonda qatıldığı bir tədbirdə əqli mülkiyyət hüququ, kiber təhlükəsizlik və gömrük tarifləri kimi məsələlər üzrə razılıq əldə edilmədiyi təqdirdə, Trampın Çinə qarşı öz mövqeyindən dönməyəcəyini bildirib.

Həmçinin oxu: Amerikada kimlər vətəndaşlıq hüququndan məhrum ediləcək? – Yeni Qərar

Tamara Mustafayeva, Banco.az