Prezident Donald Tramp Amerikada dünyaya gələn, ancaq ailələri ABŞ vətəndaşı olmayan körpələrə verilən Amerika vətəndaşlığı haqqının ləğv ediləcəyini açıqlayıb.
Prezident Donald Tramp ABŞ vətəndaşı olmayan ailələrin uşaqlarının ölkədə dünyaya gəlməsi halında vətəndaşlıq qazanmalarının qarşısını almağı planlaşdırır.
Həmçinin oxu: “Çin ilə “böyük” ticarət anlaşması əldə etməliyik” – Donald Tramp
Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp etdiyi açıqlamada Amerika vətəndaşlığı olmayanların və ya qeyri-qanuni miqrantların ölkə torpaqlarında dünyaya gələn uşaqlarına ABŞ vətəndaşlığı verilməsinə son vermək istədiyini söyləyib.
Prezident belə bir addımın qanuni olub-olmaması sualına isə, “Bunu prezident fərmanı ilə edə biləcəyimi deyirlər” şəklində cavablandırıb.
Tramp həmçinin Ağ Evin hüquqşünaslarının məsələ ilə bağlı təkliflərini nəzərdən keçirdiklərini qeyd edib.
ABŞ konstitusiyası ilə tənzimlənən anadan gəlmə vətəndaşlıq hüququnun ləğv edilməsinin isə prezidentin tək başına konstitusiyada dəyişiklik etmə səlahiyyətinin olması ilə bağlı hüquqi mübahisələrə səbəb olacağı ehtimal edilir.
Tamara Mustafayeva, Banco.az