Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində iqtisadi artım proqnozlardan aşağı olub.
Banco.az xəbər verir ki, Çində ikinci rüb üzrə ümumi daxili məhsul (ÜDM) əvvəlki rüblə müqayisədə 0,8 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,3 faiz artıb.
İqtisadçıların proqnozuna görə, 7.3 faiz artım qeydə alınmalı idi.
Xatırladaq ki, birinci rübdə ÜDM əvvəlki rübə nəzərən 2,2 faiz və illik isə 4,5 faiz artım göstərmişdi.
Qeyd edək ki, Çin hökuməti bütün il üzrə təxminən 5 faizlik artım hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!