Çinin ən zəngin milyarderlərinin sərvəti 40 faiz azalıb | Banco.az

Çinin ən zəngin milyarderlərinin sərvəti 40 faiz azalıb

Müəllif  - Fərid İslamov, Banco.az

Banco.az xəbər verir ki, Çinin ən zəngin milyarderlərinin sərvəti bir il ərzində demək olar ki, 40 faiz azalıb

Çinin 100 ən zəngin milyarderinin ümumi sərvəti bir il ərzində 570 milyard dollardan çox və ya demək olar ki, 40 faiz azalıb.

Forbes yazır ki, indi onların məcmu kapitalı 907,1 milyard dollardır. Ötən il bu rəqəm 1,48 trilyon dollar olub. Forbes USA rəqəmləri izləməyə başlayandan bəri bu düşmə 20 ildən çox müddətdə ən əlamətdar oldu.

Ən sərfəli kredit üçün müraciət et

Yalnız iki iş adamı sərvətlərini artırıb, 79 milyarder isə yoxsullaşıb. Nəşr qeyd edir ki, bu, hökumətin İT sektoruna təzyiqi, blokadalar, iqtisadi artımın yavaşlaması və yuanın dollara nisbətdə 12 faiz ucuzlaşması fonunda baş verib. Məsələn, Xiaomi baş direktoru Lei Junun kapitalı iki dəfədən çox azalaraq 17,9 milyard dollardan 7,6 milyard dollara düşüb.

Nongfu Spring şirkətinin qurucusu Zhong Shanshan Çinin ən zəngin adamıdır. Onun kapitalı 455 milyard yuan (təxminən 65 milyard dollar) olaraq qiymətləndirilir. Sahibkar bir il ərzində sərvətini təxminən 65 milyard yuan artırıb.

Ən sərfəli krediti almaq üçün müraciət et