Çinin Quançjou şəhərində özünütəcrid rejimi başa çatdıqdan sonrakı ilk gün ərzində çinlilər lüks əşyalara 3 milyon dollara yaxın vəsait xərcləyib.
Sakinlər brilyantlarla bəzədilmiş çantalar, dəri məmulatları, lüks qab-qacaq və mebel əldə edib.
"Hermes" lüks əşyalar mağazası bir günə 2,7 milyon dollar gəlir əldə edib.
Qeyd edək ki, aprelin əvvəlindən başlayaraq Çinin müxtəlif şəhərlərində özünütəcrid rejimi aradan qaldırılıb.
Trend