Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin metal ehtiyatları rekord aşağı səviyyədədir.
Banco.az xəbər verir ki, “Goldman Sachs Group” tərəfindən bazar ertəsi yayımlanan qeyddə Çinin rafinadlaşdırılmış metal ehtiyatlarının tələbatı ödəmək üçün rekord aşağı səviyyədə olduğu qeyd edilib.
Bununla yanaşı, bildirilib ki, ötən il orta hesabla səkkiz günlə müqayisədə cəmi dörd günlük istifadə üçün kifayət edib.
“Goldman” bu səviyyələri "ifrat" kimi qiymətləndirib və hasil edilən mis tədarükünün kəskin azalmasının vəziyyəti daha da pisləşdirə biləcəyini iddia edib.
Şanxay Fyuçers Birjasının məlumatına görə, həftəlik mis ehtiyatları cümə günü 15 faiz azalaraq mövsümi ortalamadan kəskin aşağı düşüb.
Xatırladaq ki, qlobal mis ehtiyatlarının əksəriyyəti Çinin payına düşür.
Bizi sosial şəbəkələrdən izləyin!!