Çində kommersiya vasitələrinin istehsalı və satışı kəskin artıb | Banco.az

Çində kommersiya vasitələrinin istehsalı və satışı kəskin artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində kommersiya vasitələrinin istehsalı və satışı 2024-cü ilin ilk iki ayında güclü artıma nail olub.

Banco.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, sözügedən dövrdə kommersiya vasitələrinin istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 560 min ədədə çatıb.

Kommersiya vasitələrinin satışı isə eyni dövrdə 14,1 faiz artaraq 575 min ədədə çatıb.

Bu dövrdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artımla 504 min yük avtomobili, 29,1 faiz artımla 71 min sərnişin avtobusu satılıb.

Məlumata görə, eyni dövrdə yük avtomobillərinin istehsalı 7,9 faiz, sərnişin avtobuslarının istehsalı isə 17,9 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et