Bazar ertəsi dünyanın ən böyük iqtisadiyyata malik 2-ci ölkəsi hesab olunan Çində kommersiya bankları arasında gündəlik nağd pul çatışmazlığı bazar şəraitində faiz dərəcələrini 10%-dək yüksəltmişdir. Bu hadisədən sonra Çin Xalq Bankı kredit böhranı qorxusunun qarşısını almaq məqsədilə tədbirlər planı hazırlamağa başlamışdır.
Pekin rəhbərliyi bildirib ki, bu addım Çinin maliyyə sektorunda meydana gələn narahatlıqların qarşıqını almaq məqsədi daşıdığı üçün keçən həftə bazarlara təqdim olunan 50 milyard dollarlıq linvidlik dəstəyini artıracaq. Çinin maliyyə sektoru 2007-2008-ci illərin böhranı zamanı qərb bankları arasında çaxnaşmaya səbəb olan bənzər sıxıntı ilə üzləşmişdir.
Banklararası bençmark faiz dərəcələri - bankların dövlətə deyil, digər banklara təqdim etdiyi kreditin faiz dərəcəsidir. Bazar ertəsi banklararası faiz dərəcələrinin 9.8%-ə çatdığı və mərkəzi bankın keçən həftə təqdim etdiyi sərmayəyə baxmayaraq, bu göstəricinin son 6 ayın ən yüksək göstəricisi hesab olunduğu müəyyən edilmişdir.
Çində banklar ilin sonunda nəğd pul çatışmazlığı ilə üzləşirlər. Çünki şirkətlərin kapitala olan tələbatları yüksək olduğu üçün müəssisələr sərt normativ tələbləri qarşılamalıdırlar. Çinin inkişaf etməkdə olan və investorlar üçün yüksək faiz dərəcələri təklif edən kölgə bank sistemi ənənəvi banklar tərəfindən təqdim edilən vəsaitləri tamamilə sərf etmişdir.
Çoxmillətli maliyyə informasiya təchizatçısı hesab olunan "S&P Capital IQ" mərkəzində səhm bazarının tədqiqi üzrə direktor Loreyn Tan bildirib ki, Çin Xalq Bankı daha böyük və ciddi addımlar atmalıdır.
"Zənnimcə, bu vəziyyət çox uzun sürməyəcək. Bu, mövsümi hadisədir. Qəti şəkildə qeyd etməliyəm ki, Çin Xalq Bankı bu vəziyyətdə daha çox vəsait sərf etməlidir. Ola bilər ki, o, əlindən gələni edib. Lakin daha çox vəsaitin köçürülməsi vacibdir."
2008-2009-cu illərin qlobal böhranı zamanı Pekin rəhbərliyi ölkə iqtisadiyyatına trilyonlarla yuan həcmində vəsait yatırmış və bunun nəticəsində böhranın uzun müddət davam etməsinin qarşısını almağa müvəffəq olmuşdu.
İyun ayında olduğu kimi, sonrakı dövrdə də Federal ehtiyat sisteminin balansının azalması, Amerikanın "kəmiyyət asanlaşdırma" proqramının getdikcə öz təsirini itirməsi və əhəmiyyətsiz olması, eləcə də Çində daha sərt faiz dərəcələrinin olması ilə bazar şəraitində valyuta və aktivlərin həcminin artması fikri investorları qorxudur.
Bank sistemində meydana gələn narahatlıqlar nəticəsində cümə günü Şanxay səhmlərinin qiymətində 2%-dək azalma müşahidə olunub. Bununla yanaşı, bazar ertəsi fond bazarında vəziyyət stabilləşib. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard 2014-cü ildə ABŞ-ın artımı üzrə proqnozları yenidən nəzərdən keçirəcəyini söylədikdən sonra bu vəziyyət müşahidə olunub.
Şərqi Asiya ölkələrinin ixraca istiqamətlənən iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyata malik ölkəsindən əhəmiyyətli dərəcədə asılıdır. Laqard bildirib ki, son məlumatlara görə 2014-cü ildə fondun göstəricilərinin 2,6% təşkil edəcəyinə dair proqnozlar ABŞ tərəfindən çox aşağı göstəricilərə malik proqnozlar kimi qiymətləndirilib.
Banco.az
Sevinc Ibadova