Müəllif - Aida İsaq, Banco.az
Çin və Fars körfəzi ölkələri neft və qaz ödənişlərini yuanla həyata keçirəcək.
Banco.az xəbər verir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Çin ABŞ-ın iqtisadi gücünü qabaqlamağa çalışır. Bu məqsədlə ölkə öz milli valyutasından istifadəni stimullaşdıraraq dolların mövcud bazarda hökmranlığını zəiflətməyi hədəfləyir. Eyni zamanda, Səudiyyə Ərəbistanının ödənişləri yuanla gerçəkləşdirməyə razılıq verməsi Amerika valyutasının hegemonluğuna öz təsirlərini göstərəcəyi bilidirilir.
Əldə olunan razılığın bütün tərəflər üçün prespektivli olacağı qeyd olunur. Belə ki, Səudiyyə Ərəbistanı ən böyük neft tədarükçüsü, Qətər ikinci ən böyük LNG tədarükçüsü olduğu halda Çin isə ən güclü alıcı mövqeyindədir. Buna paralel olaraq Çinin regionda üstünlüyü ələ almaq cəhdlərini yaxından izləyən ABŞ-ın da buna uyğun addımlar atacağı qaçılmazdır.
Qeyd edək ki, məlumata görə Körfəz ölkələri və Çinin bir çox başqa sahələrdə də əməkdaşlığı artırması gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!