"Çin şirkətlərinin Azərbaycana daha çox investisiya qoymaqda maraqlıdırlar" | Banco.az

"Çin şirkətlərinin Azərbaycana daha çox investisiya qoymaqda maraqlıdırlar"

"Bu il biz Çin şirkətlərinin Azərbaycan məhsullarına və ölkəyə investisiya qoymaq istəkləri ilə bağlı daha çox maraqlarının yarandığını görürük".

Bunu Çinin "Global Times" qəzetinə müsahibəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev mənim yeni vəzifəmin icrası zamanı Azərbaycan-Çin iqtisadi əlaqələri təşviqini davam etdirməyimi mənə həvalə edib: “İqtisadiyyat və ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, rabitə və texnologiya sahələrində əməkdaşlığı daha da irəli aparmaq üçün iki dövlət başçısının siyasi iradəsinə, iki xalq arasındakı dostluq və xoş münasibətə, iki ölkənin iqtisadi potensialına əsaslanacam”. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 1,7 milyard dollara çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 96% çoxdur. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et